21.04.2025-ci il tarixində Psixologiya kafedrasının baş müəllimi Arifə İsgəndərovanın Psixologiya ixtisasının 3-cü kurs tələbələri ilə “Xarakterin quruluşu və əlamətləri” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Tədris məsələləri üzrə prorektor prof. Şahin Xurşudov , fakültə dekanı dos. Zaur Hüseynzadə , kafedra müdiri dos. Zümrüd Cavadova , dekan müavini b/m İlqar Haqverdiyev , monitorinq qrupunun üzvü dos. Yahya Namazov və kafedranın əməkdaşları iştirak etdilər.






