“Partitura oxunuşu. A capella əsəri üzərində iş” mövzusunda açıq dərs

16 aprel 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi  Günay Hafiz qızı Tağıyevanın “Dirijorluq-2” fənnindən “Partitura oxunuşu. A capella əsəri üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Aytəkin Kamaləddin qızı Nəzərəliyeva ilə fərdi məşğələ şəklində  keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə Gəncə Dövlət Universitetinin fəxri professoru, pedaqogika üzrə fəlsəfə doktoru “Psixologiya” kafedrasının dosenti,  açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər Hüseyn oğlu İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevda Firuddin qızı Qurbanəliyeva, baş müəllimlər Mehriban Şövkət qızı Hacıyeva, Nərgiz Əli qızı Haqverdiyeva, müəllimlər Aləmzər Xanlar qızı Abdullayeva, Səma Bəşir qızı Məhərrəmova iştirak etdilər.