“Xromatik qammanın oxunması. B.Kalmıkov, Q.Fridkin “Solfecio”, II h., № 67. Eşitmə vasitəsilə təyin etmək” mövzusunda açıq dərs

21 aprel 2025-ci il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi, s.ü.f.d. Sevinc İlham qızı Rüstəmovanın “Solfecio-1” fənnindən “Xromatik qammanın oxunması. B.Kalmıkov, Q.Fridkin “Solfecio”, II h., № 67. Eşitmə vasitəsilə təyin etmək” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə laborator məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Pedaqoji” fakültənin dekan müavini, baş müəllim İlqar Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyeva, baş müəllimlər Mehriban Hacıyeva, Lalə Rəfibəyli, Sevil Şabanova iştirak etdilər.