“Pedaqoji” fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələrinin iştirakı ilə “Musiqi fənləri” kafedrasında keçirilən “Asəf Zeynallının yaradıcılıq irsi” adlı mühazirə-konsert iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
Tədbirin sonunda “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, “Pedaqoji” fakültənin dekan müavini, baş müəllim İlqar Haqverdiyev çıxış edərək qeyd etdilər ki, Universitet rəhbərliyinin qayğısı ilə pedaqoji fakültədə “Musiqi müəllimliyi” ixtisası üzrə yüksək səviyyəli mütəxəssislər hazırlanır. Bu kimi tədbirlərin keçirilməsi milli mədəni irsin təbliğinə, musiqi müəllimləri üçün zəruri olan bilik və bacarıqların formalaşmasına, gənclərin azərbaycançılıq məfkurəsi ətrafında birləşməsinə xidmət edir.