“Musiqi fənləri” kafedrasında növbəti elmi seminar uğurla keçirilmişdir.
Seminarı giriş sözü ilə açan “Musiqi fənləri” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Sevda Qurbanəliyeva sürətlə qloballaşan dünyada milli mədəni irsin qorunmasının mühüm əhəmiyyətini vurğulayaraq, kafedrada hər ayın sonuncu həftəsində keçirilən elmi seminarın məhz bu məqsədə xidmət etdiyini qeyd edib.
Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Nüşabə Seyfullayevanın “Telman Hacıyevin mahnı yaradıcılığının səciyyəvi cəhətləri” elmi məruzəsi dinlənilib, müəllim Şövkət Bayramovanın “Musiqi müəllimliyi” ixtisası üzrə pedaqoji fakültə tələbələri ilə hazırladığı bəstəkar Telman Hacıyevin mahnılarından ibarət konsert proqramı təqdim olunub, müəllim Əli Əliyev tarda Telman Hacıyevin mahnılarını ifa edib.
Elmi seminarın işində “Musiqi fənləri” kafedrasının professor-müəllim heyəti, pedaqoji fakültənin humanitar məsələlər üzrə dekan müavini Şahmar Məmmədov, pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə tələbələri iştirak edib.