23 oktyabr 2024-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Sevil Ağaəli qızı Şabanovanın “Dirijorluq-1” fənnindən “Məktəb mahnı-xor repertuarı və müşayiətli əsər üzərində iş” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Süleymanova Rəna Əfqan qızı ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə “Psixologiya” kafedrasının dosenti, açıq dərslərə nəzarət komissiyasının üzvü Cəfər İbrahimov, “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyeva, baş müəllimlər N.Haqverdiyeva, S.Həsənova, R.Məmmədova iştirak etdilər.