Məktəbəqədər təhsil ixtisasının IV kurs tələbəsi Mollayeva Ayşən İman qızının Gəncə şəhəri 3 saylı uşaq bağçasının Böyük qrupunda ” Bədii təfəkkürün inkişafı” məşğələsi üzrə “Bənövşə” mövzusunda açıq dərsi dinlənilmişdir. Açıq dərs yüksək qiymətləndirilmişdir. Açıq dərsdə Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri dos. Allahverdi Quliyev, pedaqoji təcrübə rəhbəri dos.G.Kazımova, müəllimə Mustafayeva Xəyalə, müəssisə rəhbəri A.Gülarə Böyük qrupun müəllimi C.Gülşən və təcrübəçi tələbələr iştirak etmişlər.