İnternatura

Pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə uğurla iştirak edirlər.
“Musiqi fənləri” kafedrasının professor-müəllim heyətinin dəstəyi ilə tələbələr sınaq dərslərini yüksək səviyyədə keçirməklə yanaşı, şagirdlərin dərsdənkənar vaxtlarının səmərəli təşkilində xüsusi fəallıq göstərir, musiqili-əyləncəli tədbirlər, musiqi lektoriyaları, Novruz bayramı münasibəti ilə bayram şənlikləri təşkil edirlər.