“Azərbaycan güləşçilərinin Olimpiya oyunlarında nailiyyətləri” mövzusunda açıq dərs

02.11.2023-cü il tarixində Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Ayət Rüstəmzadənin Fiziki tərbiyə və ÇQH ixtisasının 4-cü kurs tələbələrinə Güləş və OTM fənnindən “Azərbaycan güləşçilərinin Olimpiya oyunlarında nailiyyətləri” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Pedaqoji fakültənin dekanı dosent Zaur Hüseynzadə, Bədən tərbiyəsi və idman kafedrasının müdiri baş müəllim Urfan Cabbarov, dekan müavini baş müəllim İlqar Haqverdiyev, kafedranın baş müəllimi Rəmziyyə Rəhimova və müəllim Elnarə Hüseynova iştirak etdilər.