“44 günlük müharibədə qazandığımız zəfərə” həsr olunmuş tədbir

Pedaqoji fakültənin “44 günlük müharibədə qazandığımız zəfərə” həsr olunmuş tədbiri. Əvvəlcə universitetdə şəhidlərə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstələri düzülüb.Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 2-ci kurs tələbəsi Gülər Abdullayevaya, 1-ci kurs tələbəsi Aytac Kazımovaya, 2-ci kurs tələbəsi Amil İlyasov “Zəfər günü” ilə bağlı hazırladıqları şeirlərini təqdim etdilər. Fakültənin 2-ci kurs tələbəsi Aynur Göyçayeva “Sən elə bir zirvəsən” musiqisini ifa etdi. Fakültənin 2-ci kurs tələbəsi Səidə Bayramovaya ” Azərbaycan” musiqisini ifa etdi. Tələbələrin “Zəfər günü” ilə bağlı hazırladığı səhnəcik təqdim olundu. 4-cü kurs tələbəsi Emil Qafarov, 1-ci kurs tələbəsi Həsən Həsənli, 1-ci kurs tələbəsi Sadiq Bunyatovun ifasında “Ana yurdum” musiqisi səsləndi. Son olaraq Təbələr və qonaqlar birgə ” Yaşa Azərbaycan” musiqisini oxudular.