“Psixi xəstəliklər və anomaliyaları” mövzusunda açıq dərs

02.11.2023-cü il tarixində Psixologiya kafedrasının müəllimi Zülalı Xəlilovanın Təhsildə Sosial Psixoloji Xidmət ixtisasının 3-cü kurs tələbələrinə Patapsixologiya fənnindən “Psixi xəstəliklər və anomaliyaları” mövzusunda açıq dərsi dinlənildi. Dərsdə Pedaqoji fakültənin dekanı dosent Zaur Hüseynzadə , Psixologiya kafedrasının müdiri dosent Zümrüd Cavadova, dekan müavini baş müəllim İlqar Haqverdiyev, baş müəllim İlham Məmmədov, baş müəllim Leyla Həsənova iştirak etdilər.