“Qammalar. Polifonik əsər üzərində iş” mövzusunda açıq dərs

30 oktyabr 2023-cü il tarixində “Musiqi fənləri” kafedrasının baş müəllimi Mehriban Şövkət qızı Hacıyevanın “Əsas musiqi aləti-3” fənnindən “Qammalar. Polifonik əsər üzərində iş” mövzusunda pedaqoji fakültənin “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs tələbəsi Aytəkin Kəmaləddin qızı Nəzərəliyeva ilə fərdi məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənilmişdir. Açıq dərsdə iştirak etdilər: Gəncə Dövlət Universiteti üzrə “Dərslərin keyfiyyətinə nəzarət” komissiyasının üzvü dos. Yahya Namazov.“Pedaqoji” fakültənin dekan müavini baş müəllim İlqar Haqverdiyev.“Musiqi fənləri” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq elmləri doktoru, professor Sevda Qurbanəliyeva; baş müəllimlər: sənətşünaslıq üzrə fəlsəfə doktorları Nüşabə Seyfullayeva, Sevinc Rüstəmova; baş müəllimlər Gültəkin Məhərrəmova, Lalə Rəfibəyli.