“Can” modal feilinin istifadə imkanları mövzusunda açıq dərs

25.10.2023-cü il tarixində Praktik xarici dillər kafedrasının baş müəllimi Bəşirova Aytən Hilal qızının İbtidai sinif müəllimliyi ixtisasının I kurs tələbələri ilə Xarici dili və İAK fənnindən “Can” modal felinin istifadə imkanları mövzusunda açıq dərsi dinlənildi. Dərs Qubadlı şəhərinin işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Dərsdə “Alış-veriş” mövzusunda dialoq təşkil olundu, “Sevimli yerlər” mövzusunda video material izlənildi, Dərsdə Pedaqoji fakültənin dekanı dos. Hüseynzadə Zaur, dekan müavini baş müəllim İlqar Haqverdiyev, Praktik xarici dillər kafedrasının müdiri dos. Zahirə Əliyeva , baş müəllimi Kərimli Aytən və Bədən tərbiyəsi və idman kafedrasının müəllimi Ülvi Əlizadə iştirak etdilər.