Monitorinq qrupu fakültəmizdə dərslərdə iştirak etdilər

24.10.2023 tarixində Universitet üzrə yaradılmış monitorinq qrupu Pedaqoji fakültənin I növbənin 3-cü dərsində monitorinq aparmışdır. Monitorinqdən qabaq qrup rəhbəri dos. Allahverdi Quliyev monitorinq qrupunun üzvləri ilə qısa iclas keçirdi, sonra monitorinq qrupu dərslərdə iştirak etdilər. Dərslər bitdikdən sonra fakültə dekanı dos. Zaur Hüseynzadənin iştirakı ilə nəticələr haqqında müzakirə aparıldı.