Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri pedaqoji təcrübə keçdikləri Gəncə şəhəri İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin şagirdləri ilə “28 May – Müstəqillik Günü”nə həsr olunmuş konsert təşkil etmişlər.
Tədbirdə təcrübəçi-tələbələr və şagirdlərin ifasında səslənən vətənpərvərlik mövzusunda şeir və mahnılar dinliyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.
Yüksək əhval-ruhiyyə şəraitində keçirilən tədbirdə Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Şahin Xurşudov, Təcrübə və koryera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, İ.Qayıbov adına 1 saylı orta məktəbin direktoru Mətanət Qarayeva təbrik sözü ilə çıxış etmişlər. Məktəbin direktoru M.Qarayeva pedaqoji təcrübə müddətində Universitetin “Musiqi müəllimliyi” ixtisası üzrə buraxılış kurs tələbələrinin və metodist müəllimlərinin məktəbin ictimai həyatında fəal iştirakını qeyd edərək, “Musiqi fənləri” kafedrasının müdiri, professor S.Qurbanəliyevaya “Təşəkkürnamə” təqdim etmişdir.