“Fiziki tərbiyə sistemində məzmun xətlər və qiymətləndirmə” mövzusunda açıq dərs keçirildi

20.05.2022-ci il tarixdə Bədən tərbiyəsi və idman kafedrasının b/m Urfan Cabbarovun Bədən tərbiyəsi və idman ixtisasının III kursunda “Orta məktəblərdə əsas idman növlərinin tədrisi” fənnindən “Fiziki tərbiyə sistemində məzmun xətlər və qiymətləndirmə” mövzusunda açıq dərsi keçirildi. Dərsdə Pedaqoji fakültənin dekanı dos.Z.Hüseynzadə, dekan müavini b/m İ.Haqverdiyev,Bədən tərbiyəsi və idman kafedrasının müdiri b/m Ş.Qazaxova, Fiziki tərbiyə və GQH kafedrasının müdiri dos.N.Nəbiyev, b/lab.R.Məmmədov iştrak etdilər.