18.05.2022-ci il tarixində Gəncə Dövlət Universiteti Psixologiya kafedrasının dəstəyi və təşkilatçılığı ilə (GDU-nun II korpusunun akt zalında), b/m S.Z.Şahverdiyevanın rəhbərliyi ilə Psixologiya ixtisasının III kurs tələbələri Əsgərova Fatimə Vaqif qızı və Əsgərova Aliyə Samir qızının hazırladıqları “Dissosiativ şəxsiyyət pozğunluqları” adlı elmi-praktik seminar keçirildi. Seminarı başlanğıc nitqi ilə Psixologiya kafedrasının müdiri dos. Z.Cavadova açıq elan etdi. Seminarın sonunda Psixologiya kafedrasının müəllimləri prof. C.İbrahimov və b/m İ.Məmmədov öz fikirlərini bildirdilər.