Kafedranın 0,5 ştat müəllimi – Qurbanova Göyçək Qədir qızı 1951-ci il fevralın 2-də Azərbaycan Respublikası Gəncə (Kirovabad) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.
1958-ci ildə Kirovabad şəhəri N.Krupskaya adına 4 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 9-cu sinfi bitirdikdən sonra Kirovabad şəhəri 3 saylı trestin klubunda fortepiano sinfi üzrə müəllim işləmişdir.
1969-cu ildə Ağdam Orta ixtisas musiqi məktəbinin nəzəriyyə şöbəsinə daxil olmuş, 1973-cü ildə həmin məktəbi bitirmişdir.
1982-ci ildə Taqanroq Dövlət Pedaqoji İnstitutunun “Musiqi” fakültəsinə qəbul olunmuş,1987-ci həmin ali məktəbi bitirmişdir.
1973-cü ildən 1975-ci ilədək Ağdam Orta ixtisas musiqi məktəbində nəzəriyyə müəllimi işləmişdir.
1975-ci ildən Məhsəti Gəncəvi adına Kirovabad Pedaqoji məktəbində müəllim işləmişdir.
1992-2020-ci illərdə Gəncə Musiqi Kollecində müəllim işləmişdir.
1993-cü ildən Gəncə Dövlət Pedaqoji İnstitutunun “Musiqi fənləri” kafedrasında 0,5 ştat əvəzçilik üzrə müəllim işləmiş, 2021-ci ildən isə müqavilə ilə 0,5 ştat müəllim işləyir.
Kafedrada “Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələtə “Konsertmeyster sinfi və ansambl”, “Məktəb mahnı repertuarı” və s. fənlər üzrə fərdi məşğələləri tədris edir. Sinfində təhsil alan tələbələr kafedrada keçirilən akademik və açıq konsertlərdə uğurla çıxış edirlər.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. İki övladı var.