13.04.2016-cı il tarixdə Psixologiya kafedrasının novbəti iclası keçirilmişdir. İclasda aşağıdakı məsələlər müzakirə edilmişdir.
- Z.Aslanovanın b/m İ.Məmmədovla birgə “Psixologiya” (qeyri-ixtisas fakültələrin bakalavr pilləsi üçün) fənninə aid tərtib etdiyi proqramın müzakirəsi və təsdiqi.
- B/m P.Məmmədovanın “Psixoanaliz” (bakalavr pilləsi üçün) fənninə aid tərtib etdiyi proqramın müzakirəsi və təsdiqi.
- Z.S. Cavadovanın yazmış olduğu “Nizami Gəncəvinin əsərlərində insanın mənəvi təkamülünün psixoloji konseps
iyası” adlı monoqrafiyasının müzakirəsi. - B/m S.Şahverdiyevanın “Uşaqlarda qorxu hissi və onun aradan qaldırılması yolları” adlı elmi məqaləsinin müzakirəsi və təsdiqi.
- B/m A.Mustafayevanın “Böyük məktəbəqədər yaşlı uşaqların psixi inkişafında bədii, təlim və əmək fəaliyyətinin rolu” adlı elmi məqaləsinin müzakirəsi və təsdiqi.
- Pedaqoji təcrübənin gedişi və vəziyyəti haqqında.
Müzakirədə ən çox diqqəti çəkən Nizamişünas alim, “Nizami Gəncəvinin psixoloji görüşləri”nin tədqiqatçısı, Psixologiya kafedrasının dosenti Cavadova Zümrüd Soltan qızının “Nizami Gəncəvinin əsərlərində insanın mənəvi təkamülünün psixoloji konsepsiyası” adlı monoqrafiyası təhlili olunmuşdur. İclasa müzakirə olunan məsələ üzrə kafedranın dosenti C.İbrahimov sədrlik etmişdir. Monoqrafiya haqqında çıxış edənlərdən kafedranın dosenti Z. Aslanova, dos. T.Ələkbərov, dos. Z. Nəsrullayeva, b/m. İ.Məmmədov və kafedranın digər üzvləri müəllifin yazmış olduğu monoqrafiya ilə tanış olduqlarını bildirərək söyləmişlər ki, Z. Cavadova nizamişünas alimdir. Onun “Nizami Gəncəvinin psixoloji görüşləri” adlı dərs vəsaiti, bu sahədə monoqrafiyası və çoxlu sayda elmi məqalələri, elmi-nəzəri seminarlarda, elmi konfranslarda və televiziya ekranlarında çıxışlarının davamı olaraq “Nizami Gəncəvinin əsərlərində insanın mənəvi təkamülünün psixoloji konsepsiyası” adlı monoqrafiyasının işlənilməsi təsadüfi deyil. 3 fəsil, 8 yarımfəsildən ibarət olan monoqrafiyada əsasən Ulu Öndər H.Ə. Əliyevin Nizami Gəncəvinin əsərlərinin tədqiqi və təbliği, Nizaminin həyatı, yaradıcılığı və yaşadığı dövrün psixoloji səciyyəsi, Nizami Gəncəvinin psixoloji görüşünün tədqiqinin nəzəri tarixi məsələləri, insanın mənəvi təkamülündə ağlın mahiyyəti haqqında ilkin fikirlər, Nizami Gəncəvi gerçəkliyin dərk edilməsində duyğular və qavrayışın mahiyyəti, hafizə vətəfəkkür haqqında fikirləri, insanın mənəvi təkamülü (özünüdərk, özünüqiymətləndirməvə iddia səviyyəsi) və insanın mənəviyyatının təkmilləşməsində hiss, iradə, adət və vərdişlərin rolu haqqında məsələlər geniş və ətraflı şəkildə tədqiq və təhlil olunmuşdur. Sonra kafedranın professor-müəllim heyəti təklif etmişlər ki, Z. Cavadovanın yazmış olduğu bu monoqrafiya doktorluq səviyyəsində dəyərləndirilməyə layiqdir. Odur ki, bu monoqrafiyadan müəllimlərin, magistrlərin, tələbələrin və geniş oxucu kütləsinin də bəhrələnə biləcəyini nəzərə alaraq dərc olunmasını və çapa verilməsini təklif etdilər.
Eyni zamanda Z.Aslanovanın b/m İ.Məmmədovla birgə “Psixologiya” (qeyri-ixtisas fakültələrin bakalavr pilləsi üçün) fənninə aid tərtib etdiyi proqram və b/m P.Məmmədovanın ilk dəfə tədris olunan “Psixoanaliz” (bakalavr pilləsi üçün) fənninə aid tərtib etdiyi proqram müzakirə olundu və çapa verilməsi məsləhət bilindir.