Məhərrəmova Səma Bəşir qızı 08 dekabr 1974-cü ildə Azərbaycan Respublikası Gəncə şəhərində (Kirovabad) ziyalı ailəsində anadan olmuşdur.
1981-ci ildə C.Cabbarlı adına 6 saylı ümumtəhsil orta məktəbin birinci sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirmişdir. Həmçinin 1982-1988-ci illərdə Gəncə şəhər F.Əmirov adına 1 saylı Uşaq musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır.
1991-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna “İbtidai təlim pedaqogikası və metodikası əlavə “Musiqi” ixtisasına daxil olmuş və 1996-cı ildə həmin ali məktəbi bitirmişdir.
01.09.1997-26.12.2007-ci illərdə Daşkəsən rayon Bayan kəndinin ümumtəhsil məktəbində musiqi müəllimi işləmişdir.
15.09.2010-16.09.2016-cı illərdə Gəncə Regional Kollecində musiqi müəllimi işləmişdir.
16.09.2016-cı ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji Universitetinin (Gəncə Dövlət Universiteti) “Musiqi fənləri” kafedrasında müəllim vəzifəsində işləyir.
10-a yaxın elmi əsərin müəllifidir (“V.Adıgözəlovun yaradıcılığının əsas cəhətləri və məktəblilərin musiqi tərbiyəsində ondan istifadə”. Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2018, №4, s.417-422; “Bəstəkar Ələkbər Tağıyev və Gəncə”. “Gəncənin musiqi mədəniyyətinin tarixi” mövzusunda elmi-praktik konfransın materialları. Gəncə, 15-16 noyabr, 2019, s.54-59 ; “V.Adlıgözəlovun vokal yardıcılığı və məktəblilərin musiqi tərbiyəsində ondan istifadənbin imkan və yolları”. Gəncə Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalı. Gəncə, 2020, №1, s.203-206 və s.).
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.