MƏMMƏDOVA ZEMFİRA HÜSEYN QIZI

Kafedranın 0,5 ştat üzrə müəllimi – Məmmədova Zemfira Hüseyn qızı 10 oktyabr 1943-cü ildə Gəncə (Kirovabad) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.

1950-ci ildə Gəncə şəhər 4 saylı orta ümumtəhsil məktəbinə daxil olmuş, 1959-cu ildə həmin məktəbi bitirimişdir.

1959-cu ildə Q.Hüseynli adına Musiqi məktəbinin “Xor dirijorluğu” fakültəsinə daxil olmuş və 1963-cü ildə həmin məktəbi bitirmişdir.

1963-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) daxil olmuş, 1968-ci ildə həmin ali məktəbi bitirmişdir.

1968-ci ildən təyinat üzrə Kirovabad musiqi məktəbində “Xor dirijorluğu” üzrə müəllim işləmiş, 1973-cü ildə tədris hissəsi üzrə direktor müavini təyin edilmiş və 1979-cu ilədək həmin vəzifədə işləmişdir.

1971-ci ildə Kirovabad şəhər Sovetinin XIII çağırışı deputatı seçilmişdir.

2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Əmək Veteranı adına layiq görülmüşdür.

Gəncə Dövlət Universitetində 1996-cı ildən 0,5 ştat əvəzçilik üzrə müəllim işləmiş, 2016-cı ildən isə müqavilə ilə 0,5 ştat üzrə müəllim işləyir.

“Xor-Dirijorluq-Vokal” metodbölməsinin işində yaxından iştirak edir, tələbə xor kollektivinin, “Ozan” folklor ansamblının konsert proqramlarının hazırlanmasında tələbələrə köməklik göstərir.

Ailəlidir, 1 övladı var.