ABDULLAYEVA ALƏMZƏR XANLAR QIZI

Kafedranın müəllimi – Abdullayeva Aləmzər Xanlar qızı 12 oktyabr 1955-ci ildə Azərbaycan Respublikası Kirovabad (Gəncə) şəhərində anadan olmuşdur. Azərbaycanlıdır.

1963-cü ildə N.K.Krupskaya adına 4 saylı ümumtəhsil orta məktəbin 1-ci sinfinə daxil olmuş,1972-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir.

1967-1972-ci illərdə 1 saylı uşaq musiqi məktəbinin fortepiano şöbəsində təhsil almışdır.

1972-ci ildə Q.Hüseynli adına Kirovabad orta ixtisas musiqi məktəbinin fortepiano şöbəsinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmiş, ona uşaq musiqi məktəbinin müəllimi və konsertmeyster ixtisası verilmişdir.

1982-ci ildə Taqanroq Dövlət Pedaqoji İnstitutuna “Musiqi” ixtisası üzrə qiyabi şöbəyə daxil olmuş, 1987-ci ildə həmin ali məktəbi bitirmiş, ona musiqi müəllimi ixtisası verilmişdir.

1976-cı ildən 1979-cu ilədək Yevlax şəhərində 7 illik musiqi məktəbində fortepiano sinfi üzrə müəllim işləmişdir.

1979-cu ildən 1990-cı ilədək M.Gəncəvi adına Kirovabad Pedaqoji məktəbində konsertmeyster işləmişdir.

1990-cı ildən 2020-ci illədək Gəncə Musiqi Kollecində müəllim işləmişdir.

1996-cı ildən Gəncə Dövlət Universitetində 0,5 ştat əvəzçilik üzrə müəllim işləmiş, 2020-ci ildən tam ştat üzrə müəllim işləyir.

“Musiqi müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrə “Vokal və onun tədrisi metodikası”, “Məktəb mahnı repertuarı” fənlərini tədris edir, tələbə musiqi dərnəklərinin işində yaxından iştirak edir.

2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.