Əliyeva Pərvanə Fizuli qızı

Əliyeva Pərvanə Fizuli qızı 28.02.1986-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2003-cü ildə M.P.Vaqif adına 8 saylı tam orta məktəbi bitirib və həmin ildə Azərbaycan Müəllimlər İnstitutuna daxil olmuş, 2007-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirib. 2013-cü ildə Gəncə Dövlət Universitetinin Pedaqogikanın nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr səviyyəsinə qəbul olub və 2016-cı ildə də bitirmişdir. 2017-ci ildə Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. 2018-ci ildən Ümumi pedaqogika kafedrasının doktorantıdır. Ailəlidir 3 övladı var.