“28 MAY – RESPUBLİKA GÜNÜ “MÜNASİBƏTİLƏ “ZAHİRİ SİMA VƏ XARAKTER” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLDİ

 

20.05.2019-cu il tarixində fakültə TEC-nin təşkilatçılığı ilə “28 may- Respublika günü” münasibətilə “Zahiri sima və xarakter” mövzusunda elmi seminar keçirilmişdir. Universitetin 2-ci tədris binasının akt zalında baş tutan tədbiri fakültə dekanı dosent Bayram Apoyev giriş sözü ilə açıq elan edərək  seminar  seminar iştrakçılarına  uğurlar arzuladı. Psixologiya kafedrasının müdiri dos. Z.Cavadovanın və fakültənin TEC-nin sədri Telli Cabbarovanın təbrik çıxışından sonra söz məruzənin hazırlayan tələbələrə (Azərbaycan dili və ədəbiyyat ixtisasının I kurs tələbələri: Hicran Əliyeva və Aytən Məmmədova) verildi. Məruzəçilər müxtəlif slaydlardan və video-çarxdan istifadə edərək mövzunun mahiyyətini tədbir iştrakçılarına tam aydınlığı ilə çatdıra bildilər.

Tədbirin sonunda fakültə dekanı B.Apoyev yekun söz söyləyərək tədbirin təşkilində xüsusi əməyi olan fakültə  TEC-nin sədri baş müəllim Telli Cabbarovaya və elmi məsləhətçi baş müəllim  Səbinə Şahverdiyevaya Təşəkkürünü bildirdi, hər iki məruzəçiyə “Fəxri Fərman” təqdim etdi.