1 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ “28 MAY – RESPUBLİKA GÜNÜ”NƏ HƏSR OLUNMUŞ BƏDİİ-MUSİQİLİ TƏDİR KEÇİRİLDİ

 

Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV(2) kurs tələbələri musiqi dərsləri ilə yanaşı dərsdənkənar vaxtı şagirdlərlə musiqi məşğələləri təşkil edirlər.

Təcrübəçi tələbələrin məktəbin şagirdləri ilə hazırladıqları “28 May – Respublika Günü”nə həsr olunmuş bədii-musiqili tədbir xüsusi ilə yadda qalan olmuşdur.

Tədbirdə məktəbin şagirdlərinin söylədiyi şeirlər, ifa etdikləri mahnı və rəqslər, Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət “Şur” instrumental ansamblının və “Gəncəm” vokal qrupunun çıxışları tamaşaçılarda yüksək əhval ruhiyyə yaratmış, alqışlarla qarşılanmışdır.