Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş tədbir keçirildi

 

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə qiyabi şöbənin V kurs tələbələri Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş tədbir təşkil etmişlər.

Məktəbin akt zalında təşkil olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayır. Tədbirdə müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş vidioçarx nümayiş etdirilmiş, məktəbin istedadlı şagirdləri və təcrübəçi-tələbələr ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa etmişlər.

Tədbirin sonunda Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət xor kollektivi tərəfindən bəstəkar Nailə Mirməmmədlinin “Dünyanın dahisi” (sözləri Əziz Piriyevindir) mahnısının ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır