Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Musiqi müəllimliyi” ixtisası üzrə IV (1) qrup tələbələri pedaqoji təcrübə keçdikləri Gəncə şəhər İ.Məmmədov adına 27 saylı məktəb-liseydə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş tədbir təşkil etmişlər.
Tədbirdə təcrübəçi tələbələrin hazırladıqları, məktəbin şagirdlərindən ibarət xor kollektivinin, rəqs ansamblının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.