Bağlanış mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, “Loqos” Psixologiya və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova, Milli Məclis Deputatları Jalə Əliyeva və Pərvin Kərimzadə, Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, GDU-nun psixologiya kafedrasının müdiri Zümrüd Cavadova çıxış etmişlər.
“Loqos”un psixoloqu Tacirə Mehdisoy müasir Azərbaycan qadının ictimai həyatdakı rolundan danışıb. GDU-nun psixologiya kafedrasının müdiri Zümrüd Cavadova ideya müəllifi Təranə Məmmədovaya və layihədə əməyi keçən “Loqos” ailəsinə minnətdarlıq ediblər, belə faydalı layihələrin davamlı olmasını, əhatə darəsinin genişlənməsini arzulayıblar.