Təbriklər!

DSC_7521-700x50006 mart 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində “8 Mart Beynəlxalq Qadınlar günü” münasibəti ilə  tədbir keçirildi. Tədbiri giriş sözü ilə Humanitar məsəslələr üzrə prorektor, dosent Gülsüm Fətəliyeva açaraq, Azərbaycan qadınının öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutduğunu, Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olduğunu, eyni zamanda, Azərbaycan qadınlarının tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini verdiyini bildirdi.

“8 Mart Beynəlxalq Qadınlar günü” münasibəti ilə Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova və prorektor dosent Gülsüm Fətəliyevanın müraciəti əsasında rektor professor Yusif Yusibovun göstərişi ilə universitetin qadın əməkdaşları “Fəxri fərman” , “Təşəkkür” və pul mükafatı ilə mükafalandırılaraq təbrik edildi.

Təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi, p.f.d  Kazımova Günay  Əməkdə,təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərə görə “İLIN PEŞƏKAR GƏNCİ” musabiqesinin qalibi seçildi.