28.02.2017-cı il tarixdə Pedaqoji fakültənin Məktəbəqədər təlim -tərbiyə ixtisasının II kursunda Psixologiya kafedrasının baş müəllimi Alvina Babayevanın “Ünsiyyət psixologiyası” fənnindən “Ünsiyyət və fəaliyyətin vəhdəti. Ünsiyyət informasiya mübadiləsi kimi” mövzusunda açıq dərsi keçirildi. Dərsdə fakültənin dekan müavini b/m. İlqar Haqverdiyev, rektorluğun səlahiyyətli nümayəndəsi dos.Elçin Cavadov , kafedranın müdiri, dos. Zümrüd Cavadova, b/m. Səbinə Şahverdiyeva, müəl. Arifə İsgəndərova və kafedranın əməkdaşları iştirak etmişdir.Müəllim dərsdə interaktiv təlim üsullarından və yeni təlim texnologiyalarından istifadə edərək öz məqsədinə nail ola bildi. Dinləyicilərin böyük marağına səbəb olan dərs yüksək qiymətləndirildi.