Bu günlərdə Ümumi pedaqogika kafedrasının fəlsəfə doktoru proqramı üzrə doktorantı Quliyeva Nübar Teymur qızının Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Ali pedaqoji təhsil müəssisələrində tələbələrin ictimai fəallığını formalaşdırmağın pedaqoji əsasları” mövzusunda (5804.01- Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi üzrə) dissertasiyası müzakirəsi keçirilmişdir. Müzakirədə elmi rəhbər Ümumi pedaqogika kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor Tağıyev Şahin Tağı oğlu, Pedaqogika üzrə fəlsəfə doktoru, Pedaqoji fakültənin dekanı,dosent Apoyev Bayram Fəti oğlu, Filologiya elmləri doktoru, professor, Filologiya fakültəsinin dekanı Yusifov Mübariz İmran oğlu, Ümumi pedaqogika kafedrasının dosenti Hacıyeva Kəmalə Həbib qızı və kafedranın digər əməkdaşları iştirak etmişlər. Dissertasiya işinə müsbət rəy verilmişdir. Müzakirədə çıxış edən kafedranən əməkdaşları dissertasiya işini yüksək qiymətləndirmişlər.Dissertasiyanın müdafiyəyə təqdim olunmasını qərara almışlar.