TEC- Psixologiya dərnəyi

 

04.11.2016-ci ildə Pedaqoji fakültə TEC sədri b/m. T. Cabbarova, Pedaqoji fakültə TEC-in Psixologiya dərnəyinin rəhbəri b/m. P.Məmmədova və rəhbər müəllim b/m. S. Şahverdiyevanın təşəbbüsü ilə  TEC-in Psixologiya dərnəyinin üzvləri, TSPX ixtisasının III kurs tələbələri Əliyeva Aytac və İsmayılova Aytac “Özgüvən” mövzusunda seminar təşkil etmişdirlər. Seminarda Psixlogiya kafedrasının müdiri dos. Z. Cavadova, dos.C.İbrahimov, b/m T. Cabbarova, b/m. P.Məmmədova, b/m İ. Məmmədov, b/m. S. Şahverdiyeva, müəl. A.İsgəndərova, Psixologiya III- IV kurs tələbələri, TSPX I, II, III kurs tələbələri iştirak etmişdirlər. Seminar müvəffəqiyyətlə keşirildi. İştirak edənlər “Özgüvən psixologiyasına” dair biliklərə yiyələndi.