19 noyabr 2026-cı il tarixində Bakı Ali Neft Məktəbində “Universitetlərdə psixoloji xidmətin təşkili və tələbənin psixi rifahının qorunması” mövzusunda simpozium keçirilib.
Simpoziumda Gəncə Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, dosent Cavadova Zümrüd Soltan qızı da iştirak edib.
Tədbiri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açaraq simpoziumun mövzusunun aktuallığını vurğulayıb.
Simpozium çərçivəsində ali təhsil müəssisələrində psixoloji xidmətin təşkili, tələbələrin psixi rifahının qorunması, universitet mühitində psixoloji dəstək mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə mövcud təcrübələrin paylaşılması ilə bağlı geniş məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
Tədbir ali təhsil müəssisələrində psixoloji xidmətin inkişafı, tələbələrin psixoloji sağlamlığının dəstəklənməsi və bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.


