Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Gülay İsmayılovanın Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının II kurs tələbələri ilə “Fiziki tərbiyə nəzəriyyəsi və metodikası” fənnindən “Fiziki tərbiyə sisteminin ümumi prinsipləri” mövzusunda açıq dərsi keçirib.
Dərs zamanı fiziki tərbiyə sisteminin əsas prinsipləri, onların mahiyyəti, məqsəd və vəzifələri ətraflı izah olunub. Fiziki tərbiyə prosesində müntəzəmlik, fərdi yanaşma, şüurluluq və fəallıq, eləcə də fiziki yükün tədricən artırılması prinsiplərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Mövzunun tədrisi zamanı nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsinə xüsusi önəm verilib. Tələbələr müzakirələrdə fəal iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, onları maraqlandıran suallara ətraflı cavablar alıblar.
Açıq dərsin əsas məqsədi tələbələrin fiziki tərbiyə sisteminin nəzəri əsasları haqqında biliklərini möhkəmləndirmək, gələcək pedaqoji fəaliyyətlərində bu prinsipləri düzgün tətbiq etmək bacarıqlarını formalaşdırmaq olub.
Açıq dərsdə Bədən tərbiyəsi və idman kafedrasının müdiri, baş müəllim Urfan Cabbarov, kafedranın baş müəllimləri Amaliya Məmmədova və Ayət Rüstəmzadə, həmçinin müəllim Tural Əliyev iştirak ediblər.


