“Gimnastikada öyrətmənin məqsəd və vəzifələri” mövzusunda açıq dərs

Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Rəmziyyə Rzayeva Məşqçilik ixtisasının I kurs tələbələri ilə “Gimnastikanın tədrisi metodikası” fənnindən “Gimnastikada öyrətmənin məqsəd və vəzifələri” mövzusunda açıq dərsi keçirilib.
Açıq dərsin əsas məqsədi tələbələrə gimnastika hərəkətlərinin öyrədilməsi prosesinin mahiyyətini, məqsəd və vəzifələrini aşılamaq, onların nəzəri biliklərini möhkəmləndirmək və praktiki bacarıqlarını inkişaf etdirmək olub.
Dərs zamanı gimnastikanın fiziki tərbiyə sistemində rolu, hərəkətlərin düzgün və ardıcıl öyrədilməsi prinsipləri, təlim prosesində istifadə olunan metod və üsullar, eləcə də gimnastika hərəkətlərinin mənimsənilməsi mərhələləri haqqında ətraflı məlumat verilib.

Açıq dərsdə fakültənin dekan müavini baş müəllim İlqar Haqverdiyev, Bədən tərbiyyəsi və idman kafedrasının müdiri b/m Urfan Cabbarov və həmin kafedranın müəllimi baş müəllim Tofiq Əliyev iştirak edirdilər.