Filologiya və Xarici Dillər fakültəsinin Praktik Xarici Dillər kafedrasının baş müəllimi Aytən Əfəndiyevanın Xarici dildə işgüzar və akademik kommunikasiya -1(ingilis dili) fənni üzrə Fiziki tərbiyə və şağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının I kurs tələbələri ilə “Present simple and present continuous tenses” (İndiki sadə zaman və indiki davam edən zaman)” mövzusunda açıq dərsi keçirilib.
Açıq dərsin əsas məqsədi tələbələrin ingilis dilində indiki sadə və indiki davamedici zaman formaları haqqında biliklərini möhkəmləndirmək, bu zamanlardan düzgün istifadə bacarıqlarını inkişaf etdirmək və nəzəri biliklərini praktik tapşırıqlar vasitəsilə tətbiq etmək olub.
Dərs zamanı mövzu ətraflı izah edilib, tələbələrin fəallığını təmin edən interaktiv tapşırıqlar yerinə yetirilib, onların ingilis dilində ünsiyyət və qrammatik biliklərinin inkişafına xüsusi diqqət yetirilib.
Açıq dərsdə Praktik Xarici dillər kafedrasının müdiri f.f.d. dos. Zahirə Əliyeva, Pedaqoji fakultənin dekan müavini, metodiki qrupun sədri İlqar Haqverdiyev, həmin kafedranın müəllimləri b/m Aytən Bəşirova, m. Elzanə Musayeva iştirak edirdilər.


