19 noyabr 2026-cı il tarixində kafedranın baş müəllimi, s.ü.f.d. Nüşabə Seyfullayevanın “Musiqi nəzəriyyəsi” fənnindən “ƏskVII 7 və onun tonikaya həlli” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə I kurs tələbələri ilə laborator məşğələ şəklində açıq dərsi keçirildi.
Açıq dərs “Pedaqoji” fakültənin Tədris işləri üzrə dekan müavini, baş müəllim İlqar Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllimlər s.ü.f.d. Lalə Rəfibəyli, Mehriban Hacıyeva, Leyla Nəbiyeva, Sevil Şabanova, müəllim Səma Məhərrəmova tərəfindən müşahidə olundu.
Dərs prosesində müəllim fərqli tapşırıqlara müraciət edərək tələbələrə mövzu ilə əlaqədar bilik və bacarıqlarını nümayiş etdirmələri üçün əlverişli şərait yaratdı, tələbələr nəzəri biliklərini təcrübədə tətbiq edərək fəalllıq göstərdilər.

