Psixologiya kafedrasının baş müəllimi Telli Cabbarovanın Psixologiya və Təhsildə sosial-psixoloji xidmət (TSPX) ixtisaslarının I kurs tələbələri ilə “İnkişaf və yaş psixologiyası” fənnindən “Kiçik yaşlı məktəblilərin təlim fəaliyyəti” mövzusunda açıq dərsi keçirilib.
Açıq dərs müvafiq təlimatın tələblərinə uyğun olaraq interaktiv formada təşkil edilib. Mövzunun tədrisi zamanı müasir təlim metodlarından istifadə olunub, tələbələrin fəallığının artırılmasına, onların müzakirələrdə və fikir mübadiləsində iştirakına xüsusi diqqət yetirilib.
Dərs boyunca tələbə və müəllimlər yüksək fəallıq nümayiş etdiriblər.
Dərsdə Pedaqoji fakültənin tədris işləri üzrə dekan müavini, baş müəllim İlqar Haqverdiyev, Psixologiya kafedrasının müdiri, dosent Z. Cavadova, həmin kafedranın baş müəllimlər İ. Məmmədov, P. Məmmədova, A. Bağırzadə, N. Quluyeva, H. Verdiyeva və digər müəllimlər iştirak ediblər.


