Elmi-nəzəri seminar

13.11.2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və Mülki müdafiə kafedrasının baş müəllimi Məmmədova Mahnurun təqdimatında “Hərbi qulluqçular arasında qarşılıqlı psixoloji münasibətin təşkili” mövzusunda elmi-nəzəri seminar keçirilib.
Seminarda Pedaqoji fakültənin dekan müavini, baş müəllim İlqar Haqverdiyev, kafedranın müəllimləri və tələbələr iştirak ediblər.
Seminar zamanı hərbi qulluqçular arasında sağlam psixoloji münasibətlərin formalaşdırılması, qarşılıqlı anlaşma, etimad, kollektivdə mənəvi-psixoloji mühitin yaradılması və komanda ruhunun gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.