ZƏFƏR BAYRAMINA HƏSR OLUNMUŞ ANIM ZİYARƏTİ KEÇİRİLİB

Gəncə Dövlət Universitetinin Pedaqoji Fakültə Tələbə Elmi Cəmiyyəti (TEC) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Bayramı münasibətilə Gəncə Memorial Kompleksinə anım ziyarəti və ekskursiya təşkil olunub.
​Ziyarətin əsas məqsədi Vətən müharibəsi şəhidlərinin və mülki qurbanların əziz xatirəsini dərin ehtiramla yad etmək olub. Tədbir çərçivəsində tələbələr və müəllimlər kompleks ərazisində yerləşən muzeyi də ziyarət ediblər.
​Ziyarətdə Pedaqoji Fakültənin “Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə” kafedrasının baş müəllimləri — Mahnur Məmmədova və Fikrət Hüseynov tələbələrlə birlikdə iştirak ediblər.
​Tədbir zamanı Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Silduz Hüseynova və Tələbə Gənclər Təşkilatının (TGT) sədri Telman Süleymanov çıxış edərək günün elmi-tarixi mahiyyəti, Vətən müharibəsində qazanılan Böyük Zəfərin əhəmiyyəti və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi barədə tədbir iştirakçılarına geniş məlumat təqdim ediblər.