Pedaqoji fakültədə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş maarifləndirici dərslər keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Pedaqoji fakültədə ilk dərs saatları əlamətdar günə həsr olunub.
Keçirilən məlumatlandırıcı dərslərdə tələbələrə 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın milli birliyi və həmrəyliyi, eləcə də Zəfərə aparan tarixi yol haqqında ətraflı məlumat verilib.
Dərslər zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda mübarizədə şəhidlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq və qazilərimizin fədakarlığı xüsusi vurğulanıb. Bildirilib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın mübarizə əzminin, sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir.
Tələbələrin diqqətinə çatdırılıb ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində mühüm əhəmiyyət daşıyır.
Maarifləndirici dərslərin keçirilməsində əsas məqsəd tələbələrdə Vətənə sevgi, dövlətçilik ənənələrinə hörmət, milli qürur və vətənpərvərlik hisslərini daha da gücləndirmək, Zəfər tariximizin gənc nəsil tərəfindən dərindən öyrənilməsinə töhfə vermək olub.
Zəfərimiz əbədi, qələbəmiz daim olsun!