“Partiyaların yoxlanılması. Əsərlərin musiqi-nəzəri, vokal-xor ifaçılıq baxımından təhlili” mövzusunda açıq dərs

05 noyabr 2026-cı il tarixində “Musiqi fənləri” kafedrasının müəllimi Günay
Tağıyevanın “Xor sinfi-1” fənnindən “Partiyaların yoxlanılması. Əsərlərin musiqi-nəzəri,
vokal-xor ifaçılıq baxımından təhlili” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə II kurs
tələbələri ilə laborator məşğələ şəklində keçirdiyi açıq dərsi dinlənildi.
Açıq dərs “Pedaqoji” fakültənin Tədris işləri üzrə dekan müavini İlqar
Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş
müəllimlər Mehriban Hacıyeva, Nərgiz Haqverdiyeva, Gültəkin Məhərrəmova, Sevinc
Rüstəmova tərəfindən müşahidə olundu.
Dərsdə Azərbaycan xalq mahnısı “Dağlarda çiçək” (xor üçün işləyəni: Cəlal
Abbasov), Ü.Hacıbəyli “Leyli və Məcnun” operasının dördüncü pərdəsindən “Qızlar
xoru” – “Bu gələn yara bənzər” əsərləri üzərində iş aparıldı.
Müəllim dərs zamanı solo, duet və kiçik qruplarla ifa, frontal sorğu, müzakirə və
s. bu kimi üsullarla tələbələrin fəal iştirakını təmin etdi.