“Mülki müdafiə” fənnindən “Mülki müdafiədə istifadə olunan dozimetrik cihazlar” mövzusuna açıq dərs

04 noyabr 2026-cı il tarixində Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Zülfiyyə Ələkbərova tərəfindən Ümumi fiziki hazırlıq ixtisası I kurs tələbələri ilə “Mülki müdafiə” fənnindən “Mülki müdafiədə istifadə olunan dozimetrik cihazlar” mövzusuna açıq dərsi keçirilib.

Dərsdə müəllim dozimetrik cihazların təyinatı, iş prinsipi, istifadə qaydaları və fövqəladə hallarda əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verib.

Açıq dərsdə Pedaqoji fakültənin dekanı dosent Zaur Hüseynzadə, Fiziki tərbiyə, çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri baş müəllim Şahmar Məmmədov, kafedranın baş müəllimləri, I Qarabağ müharibəsi veteranı Fərhad Hüseynov və Mahnur Məmmədova iştirak ediblər.

Dərs zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb. Eyni zamanda, dozimetrik cihazların praktiki tətbiqi və onların fövqəladə vəziyyətlərdə düzgün istifadəsinin vacibliyi diqqətə çatdırılıb. Bu cür açıq dərslərin keçirilməsi tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, praktiki bacarıqlarının inkişafı və mülki müdafiə sahəsində biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Açıq dərs qarşıya qoyulan tədris məqsədlərinə uyğun şəkildə, uğurla başa çatıb.