Məktəbəqədər təhsildə didaktik oyunlar vasitəsilə ilkin riyazi təsəvvürlərin formalaşdırılması mövzusunda layihə işləri təqdim olunub

02 noyabr 2026-cı ildə Pedaqoji fakültənin “Məktəbəqədər təhsil” ixtisasının IV kurs tələbələri “Uşaq bağçasında əyləncəli məsələlərin həlli metodikası” fənni üzrə “Orta yaş qrupunda didaktik oyunlar vasitəsilə ilkin riyazi təsəvvürlərin formalaşdırılması” mövzusunda layihə işlərini təqdim ediblər.
Təqdimatda didaktik oyunların məktəbəqədər yaşlı uşaqlarda ilkin riyazi təsəvvürlərin formalaşdırılmasındakı əhəmiyyəti, təlim prosesində tətbiqi və idrak fəallığının inkişafındakı rolu izah olunub. Praktik nümunələr və oyun materialları da nümayiş etdirilib. Dərsdə kafedra müdiri dos. Allahverdi Quliyev və fənn müəllimi dos. Şəlalə Binətova iştirak ediblər.
Kafedra müdiri dos. Allahverdi Quliyev layihə işlərinin tələbələrin peşəkar hazırlığında və nəzəri biliklərin praktik bacarıqlarla əlaqələndirilməsində əhəmiyyətini vurğulayıb, didaktik oyunların tətbiqinin vacibliyini qeyd edib.
Şəlalə Binətova mövzunun aktuallığını qeyd edərək, oyun əsaslı təlimin uşaqların məntiqi təfəkkürünün, diqqətinin və müstəqil düşünmə bacarıqlarının inkişafına müsbət təsir göstərdiyini bildirib.