“Musiqi fənləri” kafedrasının 2026/2027-ci tədris ili üzrə İş planına əsasən kafedrada təlimlərin keçirilməsi təmin olunur. “Eduman” – mərkəzləşdirilmiş təhsil idarəetmə sisteminin üstünlükləri” mövzusunda keçirilən təlim-seminar iştirakçılar tərəfindən maraqla qarşılandı. Təlimçi “Pedaqoji” fakültənin Eduman sistemi üzrə məsul şəxs (admin) Validə Vəliyeva iştirakçıların suallarını ətraflı cavablandırdı.
Təlimin sonunda kafedra müdiri, professor Sevda Qurbanəliyeva çıxış edərək təlimçiyə minnətdarlığını bildirdi və kafedra əməkdaşlarının “Eduman”platformasından istifadə səriştələrinin artırılması üçün bu kimi
təlim-seminarlarının keçirilməsinin əhəmiyyətini vurğuladı.


