“Məktəbəqədər yaşlı uşaqlarda fiziki tərbiyənin və idmanın əhəmiyyəti” mövzusunda seminar

Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Mətanət Rzayevanın Məktəbəqədər təhsil ixtisasının III kurs tələbələri ilə “Məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət” fənnindən “Məktəbəqədər yaşlı uşaqlarda fiziki tərbiyənin və idmanın əhəmiyyəti” mövzusunda seminarı keçirib.
Seminar zamanı məktəbəqədər yaşlı uşaqların fiziki inkişafında fiziki tərbiyənin və idmanın rolu, sağlam həyat tərzinin formalaşdırılması, uşaqların fiziki fəallığının artırılması və hərəkət bacarıqlarının inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət məşğələlərinin düzgün təşkili və uşaqların yaş xüsusiyyətlərinin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.

Seminar tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, gələcək pedaqoji fəaliyyətlərində məktəbəqədər yaşlı uşaqların fiziki inkişafına dair bilik və bacarıqlarının artırılması baxımından əhəmiyyətli olub.
Seminarda Pedaqoji fakültənin dekanı dosent Zaur Hüseynzadə, Bədən tərbiyəsi və idman kafedrasının müdiri Ürfan Cabbarov, həmin kafedranın baş müəllimi Rəmziyyə Rzayeva, eləcə də fakültənin tyutorları iştirak ediblər.