“Favourite Places; Lookback” mövzusuna həsr olunmuş açıq dərs

Filologiya və Xarici Dillər fakültəsinin Praktik Xarici Dillər kafedrasının müəllimi f.f.d. Türkan Həsənova 21 oktyabr 2026-cı il tarixində Xarici dildə işgüzar akademik kommunikasiya-1(ingilis dili) fənni üzrə Təhsildə sosial-psixoloji xidmət ixtisasının I kurs tələbələri ilə “Favourite Places; Lookback” mövzusuna həsr olunmuş açıq dərsi keçirilib.

Açıq dərsdə dünya ölkələri və onların məşhur turistik məkanları haqqında müzakirələr aparılıb, tələbələr səfər etmək istədikləri yerlər barədə fikirlərini bölüşüblər. Tələbələrin fəallığını artırmaq məqsədilə interaktiv tapşırıqlar, debat və praktik yazı fəaliyyəti təşkil olunub. Bu fəaliyyət onların tənqidi düşünmə, arqumentasiya və komanda şəklində işləmək bacarıqlarının inkişafına töhfə verib. Məşğələ interaktiv təlim metodlarının tətbiqi, tələbələrin fəal iştirakı və nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsi baxımından səmərəli olub.

Açıq dərsdə Praktik Xarici Dillər kafedrasının müdiri dos. Zahirə Əliyeva və b.m. Aynur Bəşirova iştirak ediblər.