Açıq dərslərin qrafikinə uyğun olaraq 20 oktyabr 2026-cı il tarixində “Musiqi fənləri” kafedrasında baş müəllim Leyla Nəbiyevanın “Xorla işləmək təcrübəsi” seçməfənnindən “Müxtəlif nüanslar üzərində xorla işin xüsusiyyətləri. Tələbələrin xorla təcrübə məşğələsi” mövzusunda “Musiqi müəllimliyi” ixtisası üzrə IV kurs tələbələri ilə laborator məşğələ şəklində keçirilən açıq dərsi müşahidə olundu.
Açıq dərsdə Azərbaycan bəstəkarlarının müxtəlif xarakterli mahnılarının xora öyrədilməsi üzrə işin metodlarının mənimsənilməsinə dair tapşırıqları tələbələr böyük həvəslə icra etdilər. Dərsdə əyani vəsaitlərdən, informasiya-kommunikasiya texnologiyalarından, interaktiv tədris metodlarından geniş istifadə olundu.
Açıq dərsdə “Pedaqoji” fakültənin dekan müavini, baş müəllim İlqar Haqverdiyev, “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllimlər s.ü.f.d.Sevinc Rüstəmova, Mehriban Hacıyeva, müəllim Aləmzər Abdullayeva iştirak etdilər.


