13 oktyabr 2026-cı il tarixində kafedranın baş müəllimi Gültəkin Məhərrəmovanın
“Məktəb mahnı repertuarı” seçmə fənnindən “Məktəb repertuarından (III sinif üzrə)
mahnıları notdan (üzdən) ifa etmək, transpozisiya etmək” mövzusunda “Musiqi
müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Ələkbərova Nübar Namiq qızı ilə fərdi məşğələ
şəklində keçirdiyi açıq dərsi dinlənildi.
Açıq dərsdə pedaqoji fakültə dekanı Zaur Hüseynzadə, “Musiqi fənləri”
kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, baş müəllimlər p.ü.f.d. Rəşidə
Məmmədova, Sevil Şabanova, müəllimlər Şövkət Bayramova və Günay Tağıyeva
iştirak etdilər.


