Pedaqoji fakültənin Psixologiya kafedrasının müəllimi Elvira İsayeva Təhsildə sosial-psixoloji xidmət ixtisasının III kurs tələbələri ilə “Sosial psixologiya” fənni üzrə “Sosial psixologiyanın metodoloji və metodiki məsələləri” mövzusunda açıq dərsi keçirilmişdir.
Açıq dərs zamanı sosial psixologiyanın metodologiyası və metodikasının əsas xüsusiyyətləri, onların elmi tədqiqatlarda rolu və əhəmiyyəti ətraflı izah olunub. Qeyd edilib ki, metodologiya tədqiqatın elmi əsaslarını müəyyənləşdirir, metodika isə tədqiqatın həyata keçirilməsi üçün istifadə olunan üsul və vasitələri əhatə edir.
Dərsdə sosial psixologiyanın müxtəlif tədqiqat üsullarının insanların davranışlarının, sosial münasibətlərinin və qarşılıqlı əlaqələrinin öyrənilməsindəki əhəmiyyəti diqqətə çatdırılıb. Mövzu ətrafında aparılan müzakirələr tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsinə və əldə etdikləri bilikləri praktik situasiyalarda tətbiq etmək bacarıqlarının inkişafına xidmət edib.


